Frank Riberi AEK-lə səfər oyununu buraxacaq

Frank Riberi AEK-lə səfər oyununu buraxacaq

"Bavariya"nın futbolçusu Frank Riberi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda AEK-lə (Yunanıstan) səfər oyununu buraxacaq. "Pİvəçilərin" saytında yer alan xəbərə görə, fransalı yarımmüdafiəçi onurğasındakı problemlər səbəbindən sözügedən matçda iştirak etməyəcək. F.Riberinin adı sözügedən görüş üçün heyətə daxil edilməyib. Qeyd edək ki, AEK - "Bavariya" oyunu bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə