"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik Buxarest "Dinamo"sunun baş məşqçisi təyin olunub. Buxarest klubunun rəsmi saytı bu barədə xəbər yayıb. Ancaq rumıniyalı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. 56 yaşlı məşqçi bu gün keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, 2010-2011-ci ildə "Xəzər Lənkəran"ı çalışdırmış Rednik 4-cü dəfədir "Dinamo"ya baş məşqçi təyin olunur. O, daha əvvəl 2006-2007, 2008-2009 və 2015-2016-cı illərdə Buxarest təmsilçisinə başçılıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB