Remsi açıqladı: "Arsenal"dan gedirəm

Remsi açıqladı: "Arsenal"dan gedirəm

London "Arsenal"ının futbolçusu Aaron Remsi bu mövsümün sonu azad agent kimi London klubunu tərk edəcək. Britaniya mətbuatının yazdığına görə, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü bildirib. O, klubunun bu qərarı verdiyini deyib: "Mövsümün sonuna kimi "Arsenal"da qalacam. Çünki müqaviləmin müddəti davam edir. Burada hər şey əla idi. Biz düşünürdük ki, yeni müqavilə ilə bağlı razılıq olacaq. Amma belə olmadı. Bu qərarı klub verdi. Futbolda hər şey olur. Mövsümün sonuna kimi klubuma kömək etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, A.Remsi 2008-ci ildən "Arsenal"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня