“Bakı” növbəti məşqinə çıxıb

“Bakı” növbəti məşqinə çıxıb

Azərbaycan Premyer Liqasının "Bakı"-"İnter" qarşılaşmasının hazırlıqlarına başlayan "Bakı" təlim- məşq bazasında növbəti məşqinə çıxıb. SİA-nın xəbərinə görə, bir günlük fasilənin ardından bir yerə toplaşan Vinfrid Şeferin yetirmələri əvvəlcə əsas təbii örtüklü meydanda yüngül qaçış hərəkətlərini yerinə yetiriblər. Ardından kiçik meydançada toplu çalışmalar və taktiki tapşırıqlar üzərində işləyən futbolçular məşqin sonunda iki komandaya bölünərək ikitərəfli oyunda qüvvələrini sınayıblar.

Ernad Skuliç məşqçi Norbert Haunsteinin nəzarəti altında fərdi məşq keçib. Qapıçı Marko Şarliyanın çiynindən zədələnməsi səbəbindən onu əvəzedici komandada olan həmkarı əvəzləyib.

Komandanın digər qapıçısı Aqil Məmmədov və son matçlarda sabit oyunu ilə diqqətləri çəkən gənc yarımmüdafiəçi Əziz Quliyev Berti Foqtsun dəvəti ilə Azərbaycan milli komandasının düşərgəsinə yollanıblar.

Hacı Əhmədov və Rəhman Hacıyev də məşqi kənardan izləyənlər arasında olublar. Hər iki futbolçu əməliyyatdan yeni çıxdıqları səbəbi ilə bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə