Samboçularımız Prezident Kuboku yarışında çıxış edəcəklər

Samboçularımız Prezident Kuboku yarışında çıxış edəcəklər

Kazanda Tatarıstan Prezidenti Kuboku uğrunda 27 çəki kateqoriyasında beynəlxalq sambo turniri başlanır. SİA xəbər verir ki, oktyabrın 4-dən 7-dək “Ak Bars” sarayında keçiriləcək yarışlarda 25 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Fransa, İtaliya, Çexiya, Macarıstan, Niderland, Latviya, Litva, Serbiya, Yunanıstan, Estoniya, Rumıniya, Gürcüstan, İsrail və digər ölkələrdən 200 idmançı iştirak edəcək.

2018-ci ildə turnirə “A” kateqoriyası verilib ki, bu da qaliblərə beynəlxalq dərəcəli idman ustası adını almaq hüququnu verir, habelə 2019-cu il Avropa Oyunlarında iştirak etmək üçün reytinq xalları qazanmaq imkanı yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə