Kifayət Qasımova “Böyük Dəbilqə”də bürünc medal qazanıb

Kifayət Qasımova “Böyük Dəbilqə”də bürünc medal qazanıb

Cüdo üzrə "Böyük Dəbilqə" turnirində xanım cüdoçumuz Kifayət Qasımova (57 kq) komandamıza medal qazandırıb. SİA-nın məlumatına görə, Tokioda keçirilən yarışda kifayət bürünc medal qazanıb. İdmançımız Olimpiya Oyunlarına lisenziya xalını daha da yaxşılaşdırıb. O, bu turnirdən daha 120 xal qazanıb.

Qeyd edək ki, kişi cüdoçularımızdan Elxan Məmmədov (90 kq ) 5-ci yerə çıxıb.

Bu gün isə Elmar Qasımov (100 kq) tatami üzərinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə