"Zirə" və "Səbail"in legionerləri milliyə dəvət olunublar

"Zirə" və "Səbail"in legionerləri milliyə dəvət olunublar

"Zirə”nin hücumçusu Aleksandr Dedov və "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət olunub. SİA-nın məlumatına görə, hər iki oyunçu UEFA Millətlər Liqasının D Divizionun II qrupunda San Marino və Belarusla keçiriləcək görüşlər üçün yığmaya çağırılıblar.

İki turdan sonra 1 xalı olan Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə