Cüdo üzrə DÇ-də qarışıq komanda yarışlarının finalçıları müəyyənləşib

Cüdo üzrə DÇ-də qarışıq komanda yarışlarının finalçıları müəyyənləşib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarının finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, qızıl medal uğrunda görüşdə Yaponiya və Fransa komandaları üz-üzə gələcəklər.

Üçüncü yer uğrunda isə Azərbaycan millisi Rusiya, birləşmiş Koreya komandası isə Almaniya ilə qarşılaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə