Cüdoçumuz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

Cüdoçumuz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Elmar Qasımov 1/8 final mərhələsinə yüksəlib. SİA-nın məlumatına görə, "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı E.Qasımov Monteneqro təmsilçisi Danilo Pantiçə qalib gəlib.

Növbəti mərhələdə cüdoçumuz gürcüstanlı Varlam Liparteliani ilə üz-üzə gələcək.

Qeyd edək ki, E. Qasımov ilk görüşündə İsveç cüdoçusu Martin Paceki məğlub edib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə