ÇL-də həftənin ən yaxşı futbolçusu məlum olub

ÇL-də həftənin ən yaxşı futbolçusu məlum olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub. SİA-nın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona"nın ulduzu Lionel Messi bu ada layiq görülüb.

Messi Ceyms Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqbanı ("Mançester Yunayted") qabaqlayıb.

Qeyd edək ki, Messi qrup mərhələsinin ilk turunda PSV-yə 4:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə