"İnter" Mauro İkardi ilə yeni müqavilə imzalayacaq

"İnter" Mauro İkardi ilə yeni müqavilə imzalayacaq

İtaliyanın "İnter" klubu futbolçusu Mauro İkardi ilə yeni müqavilə imzalayacaq. "Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu yeni sözləşməyə əsasən, 2023-cü ilə qədər Milan təmsilçisinin şərəfini qoruyacaq. Argentinalı forvard illik 6 milyon avro qazanacaq.

Artıq klub və futbolçu arasında razılıq də əldə olunub. Klub rəsmi olaraq müqavilənin uzadılmasını yaxın vaxtlarda açıqlayacaq. Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən "İnter"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə