Avropa Klublar Assosiasiyası (ECA) 2018-ci ilin ən yaxşı komandalarının adını açıqlayıb. SİA-nın məlumatına görə, qaliblər qurumun Xorvatiyanın Split şəhərində keçirilən 21-ci Baş Assambleyasında elan edilib.
Çempionlar Liqasının son qalibi "Real" "İlin komandası" adını qazanıb. Ən yaxşı qadın komandaları İngiltərənin "Arsenal" və "Çelsi" klubları olub.
Belçika "Gent"i sosial fəaliyyətinə görə mükafata layiq görülüb. Avstriya "Zaltsburq"u isə Avropanın ən yaxşı inkişaf edən komandası elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB