“Qəbələ” “Səbail”i məğlub edib

“Qəbələ” “Səbail”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti görüşü Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Səbail" arasında keçirilib.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.

Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə