İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq.
67 kq
1/2 final - Məhəmmədəli Həsənov - Coni Xetsuriani (GEO)
1/4 final - Məhəmmədəli Həsənov - Valentin Petic (MDA) 14:7
1/8 final - Məhəmmədəli Həsənov - Denis Mertl (CZE) 10:0
72 kq
1/2 final - Nikoloz Tçikaidze (GEO) - Ülvi Qənizadə
1/4 final - Malxas Amoyan (ARM) - Ülvi Qənizadə 1:7
1/8 final - Ülvi Qənizadə - Titas Kersevicius (LTU) 9:0
1/16 final - Pərviz Nəsibov (UKR) - Ülvi Qənizadə 0:6
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB