“Keşlə” "Qəbələ" ilə yoxlama matçı keçirəcək

“Keşlə” "Qəbələ" ilə yoxlama matçı keçirəcək

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Keşlə” daha bir yoxlama matçı keçirəcək. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq. Oyun avqustun 4-də “Bakı”nın təlim-məşq Bazasının stadionunda keçiriləcək.
Qarşılaşmanın başlanma saatı hələ ki, dəqiqləşdirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə