"Keşlə"nin futbolçusu Rumıniya klubundan təklif alıb

"Keşlə"nin futbolçusu Rumıniya klubundan təklif alıb

"Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli komandadan ayrıla bilər. Bu barədə Qol.az-a Paraqvay əsilli italiyalı futbolçu özü məlumat verib. O bildirib ki, Rumıniyanın yüksək liqasında mübarizə aparan "Universitatya Krayova” klubundan təklif alıb. Ancaq 27 yaşlı yarımmüdafiəçi bu komandaya keçib-keçməyəcəyinin danışıqlardan sonra bəlli olacağını söyləyib. Qeyd edək ki, Meza Kolli bu yaxınlarda "Keşlə" ilə 1 illik yeni müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə