“Valensiya” Daniel Vassı transfer edib

“Valensiya” Daniel Vassı transfer edib

“Selta” klubunun yarımmüdafiəçisi Daniel Vass futbol üzrə İspaniya çempionatında öz karyerasını “Valensiya”da davam etdirəcək. 29 yaşlı futbolçu yeni klub ilə 2022-ci il iyunun 30-dək kontrakt imzalayıb. Daniel Vass üçün müəyyən edilən dəbbə pulunun məbləği 80 milyon avrodur.

Vass 2015-ci ildə “Evian” klubundan “Selta”ya transfer olunub. Bu klubun heyətində İspaniya çempionatının üç mövsümündə 35 matçda oynayan yarımmüdafiəçi dörd qola və qolla nəticələnən səkkiz ötürməyə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə