"Neftçi” - "Uypeşt” matçının biletləri satışa çıxarılıb

"Neftçi” - "Uypeşt” matçının biletləri satışa çıxarılıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” - "Uypeşt” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassalarından əldə etmək mümkündü.

Azarkeşlərin daha rahat bilet əldə etmələri üçün gün ərzində əlavə satış nöqtələri yaradılacaq və bu haqda əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə