Edinson Kavani Fransa ilə oyunu buraxacaq

Edinson Kavani Fransa ilə oyunu buraxacaq

Uruqvay millisinin futbolçusu Edinson Kavani DÇ-2018-in 1/4 finalında Fransa ilə oyunu buraxacaq. Qol.az-ın "L`Equipe"yə istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu bu matça kimi zədəsini bərpa edə bilməyəcək. Hazırda fərdi qaydada məşq edən E.Kavani komanda ilə hazırlıqlara qoşulmayıb.

Qeyd edək ki, E.Kavani 1/8 finalda Portuqaliyaya qarşı görüşdə (2:1) zədələnib. Əlavə edək ki, Uruqvay - Fransa görüşü iyulun 6-ı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə