Səbail yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb

Səbail yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb

"Səbail" klubu futbolçusu Orxan Əliyevlə yollarını ayırıb. SİA-nın məlumatına görə, yay transfer pəncərəsində komandaya cəlb olunan Orxan Əliyev məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib.

Müayinə nəticəsində futbolçunun diz nahiyəsində zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında “Səbail” klubu ilə Orxan Əliyev arasında mövcud müqaviləyə xitam verilib.

Qeyd edək ki, Orxan Əliyev "Zirə"dən "Səbail"ə keçib. Futbolçu ilə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən, onun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir. Ötən müddət ərzində Orxan Əliyevin Səbail klubunda tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə