Bu gün futbol üzrə Dünya Çempionatında bir sıra qarşılaşmalar keçirilib. D qrupunda pley-offa vəsiqəni təmiş etmiş Fransa Danimarka ilə qarşılaşıb.
Skandinaviyalılara qrupdan çıxmaq üçün bir xal da bəs edirdi. Məğlubiyyət isə komandanın işini çətinə sala bilərdi. Qolsuz bərabərlik Fransanı lider, Danimarkanı isə qrup 2-cisi olaraq 1/8 final mərhələsinə çıxarıb. Növbəti mərhələdə Fransa D qrupunun 2-cisi, Danimarka isə həmin qrupun 1-cisi ilə qarşılaşacaq.
Qrupun eyni saatda başlayan digər oyununda isə Avstraliya və Peru milliləri üz-üzə gəliblər. Görüş Peru futbolçularının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB