Maksim Medvedev: “Ay yarımdır, yaşıl meydanlara həsrət qalmışam”

Maksim Medvedev: “Ay yarımdır, yaşıl meydanlara həsrət qalmışam”
"Qarabağ"ın son uğursuzluğunda komandanın 5-6 üzvünün zədə səbəbindən heyətdən ayrı düşməsinin rolu danılmazdır. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq uzun müddətdir, Samir Abasov, Andrey Rubins, Maksim Medvedev, Ayxan Abassov, Emin İmaməliyev, Əfran İsmayılov komandaya yardım edə bilmir. Oktyabrın əvvələrində millinin düşərgəsində olarkən zədələnən Maksim sonradan bərpa prosesi zamanı yenidən zədələnmişdi. Fərdi məşqlərə başlayan 21 yaşlı istedadlı müdafiəçi "Neftçi" ilə oyuna qədər hazır olmaq üçün əlindən gələni edir: "Demək olar ki, ay yarımdır, yaşıl meydanlara həsrət qalmışam. Futboldan belə uzaq qalmağım heç yadıma gəlmir. Elə bil komandamızı tilsimləyiblər. Oyunçularımız zədələnir, vurduğumuz toplar qapıya girmir. Əvəzində qapımıza ilk təhlükə qolla nəticələnir. Bizim komanda çətin günlərdə toparlanmağı bacarıb. İnanıram ki, hazırda layiq olmadığımız yerdə qərarlaşsaq da, tezliklə özümüzü düzəldəcəyik. Zədələlilərimiz də sağalır. Artıq fərdi məşqlərə başlamışam. "Neftçi"ylə oyuna qədər çalışacam ki, formamı bərpa edim. Təbii ki, oynayıb-oynamamağım baş məşqçimizdən asılıdır. Amma derbidə oynamaq üçün canla-başla hazıram".

Bütün xəbərlər Facebook səhifəmizdə