İngiltərənin "Uotford” klubu "Barselona”nın futbolçusu Jerar Deulofeunu transfer edib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ispaniyalı futbolçu bu ilin yanvarından icarə əsasında "Uotford”da çıxış edirdi. O, “Sevilya”, “Everton”, “Milan” kimi komandalarda da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB