"Bavariya" Levandovskinin transfer qiymətini açıqlayıb

"Bavariya" Levandovskinin transfer qiymətini açıqlayıb

"Bavariya" futbolçusu Robert Levandovskiyə qiymət qoyub. Bu haqda Almaniyanın nüfuzlu "Bild" nəşri yazıb. Xəbərdə deyilir ki, Münhen klubu polşalı hücumçunu azı 200 milyon avroya satmağı düşünür. Klub oyunçunun agenti Pini Zahaviyə bildirib ki, Levandovski üçün 200 milyon avrodan aşağı göndərilən təkliflərə baxmayacaq.

Qeyd edək ki, bundan əvvəl P.Zahavi Levandovskinin "Bavariya"dan ayrılmağı düşündüyünü açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə