Milli komandamız qazaxlara da uduzdu...

Milli komandamız qazaxlara da uduzdu...

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız "Astana Arena"da Qazaxıstan millisi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Qurban Qurbanovun millimizə baş məşqçi təyin edildikdən sonra keçirilən ilk səfər oyunu idi. Komandamızın bunadək 4 yoxlama oyunundan 2-si Antalyada, 2-si isə Bakıda olub.
Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olub. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana qalib gəlib.


5 iyun

Yoldaşlıq görüşü

18:00. Qazaxıstan – Azərbaycan - 3:0
Qol:
Roman Murtazayev, 12 (1:0), Serikcan Mujikov, 14 (2:0), Bəxtiyar Zaynutdinov, 89
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana. "Astana Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə