Ufuk Budakın yeni klubu müəyyənləşib

Ufuk Budakın yeni klubu müəyyənləşib

Milli komandamızın üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, sol cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. Ufuk I Liqa təmsilçisi "Adanaspor"la danışıqları müsbət tamamlayıb. 28 yaşlı oyunçu millinin toplaşından sonra Adana təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək. "Adanaspor" Budakla yanaşı, Göksu Alhas və Ümit Yasin Arslanı da transfer edəcək.

Qeyd edək ki, Ufuk Budakın son klubu "Samsunspor" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə