Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan hakimi Zaur Hacıyevə yeni təyinat verib. SİA-nın məlumatına görə, beynəlxalq dərəcəli hakimimiz qadın voleybol komandaları arasında Gümüş Avropa Liqası çərçivəsində keçiriləcək Gürcüstan-İsrail oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək.
“B” qrupunda yer alan komandaların oyununda əsas hakim türkiyəli İlhami Şenyurt olacaq.
Qeyd edək ki, Gürcüstan-İsrail oyunu iyunun 2-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB