"Neftçi" əvəzedicilərin baş məşqçisi ilə yollarını ayırıb

"Neftçi" əvəzedicilərin baş məşqçisi ilə yollarını ayırıb

"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Vadar Nuriyev və məşqçi heyəti ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. SİA-nın məlumatına görə, klub rəhbərliyi onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin yanvarında baş məşqçi təyin olunmuş Vadar Nuriyevin komandası mövsümü 7-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə