Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı başlayıb. Mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edir. SİA-nın məlumatına görə, Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirir. Hazırlıq prosesinə yığmamızla yanaşı, Gürcüstan millisinin üzvləri də qatılıb. İki yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB