Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, günün ilk qarşılaşması paytaxtda baş tutacaq. "Keşlə" 2018-ci ildə məğlubiyyət üzü görməyən "Sumqayıt"ı qəbul edəcək.

Digər görüş isə Qəbələdə keçiriləcək. Yerli komanda "Neftçi"ni qəbul edəcək.

Azərbaycan Kuboku

Yarımfinalın ilk oyunları

12 aprel

16:00 “Keşlə” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

“İnter Arena”

18:00 “Qəbələ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə