Dörd qol buraxan qapıçı meydanı tərk edib

Dörd qol buraxan qapıçı meydanı tərk edib

Türkiyənin futbol üzrə 2-ci liqasında keçirilən "Mersin İdman Yurdu" - "Eyupspor" matçında maraqlı hadisələr yaşanıb. SİA-nın məlumatına görə, qarşılaşmanın 38-ci dəqiqəsinədək 4 qol buraxan Mersin klubunun qapıçısı Hasan Daş azarkeşlərin etirazına səbəb olub. Fanatların hədəfinə çevirilən qolkiper meydanı tərk edib.

Komanda yoldaşlarının bütün səylərinə rəğmən, Hasan Daş meydana qayıtmayıb və onun yerinə Dursun Cem Ateş oyuna qoşulub. Nəticədə "Mersin İdman Yurdu" daha 4 qol buraxaraq 0:8 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə