Bu gün Azərbaycan Premyer Liqasının XII turunun növbəti oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasının XII turunun növbəti oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasının XII turunun növbəti oyunları keçiriləcək. SİA-nın məlumatına görə, "Qəbələ" "Xəzər Lənkəran"ı
"Muğan" "Turan"ı, "Gəncə" "Bakı"nı, "Simurq" AZAL-ı, "Neftçi" isə "İnter"i qəbul edəcək.

Oyunların keçiriləcəyi stdionları, hakimləri və başalama vaxtlarını nəzərinizə çatdırırıq:

06 noyabr (şənbə)

"Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Fuad Həsənov
Qəbələ şəhər stadionu. Saat 14:00

"Neftçi" - "İnter"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Eldar Nağıbəyov, Vüsal Əliyev
T.Bəhramov adına Respublika stadionu. Saat 16:00

"Muğan" - "Turan"
Hakimlər: Ceyhun Haşımov, Munis Abdullayev, Roman Vasilyev, Hacıəli Ağayev
Salyan şəhər OİK stadionu. Saat 14:00

"Gəncə" - "Bakı"
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, Aydın Ələkbərov, Elvin Əsgərov
Gəncə şəhər stadionu. Saat 14:00


"Simurq" - AZAL
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Habil Əliyev, Alik Yunusov
"Şəfa" stadionu. Saat 14:00


Qeyd edək ki, dünən keçirilən "Qarabağ" – MOİK matçında Ağdam təmsilçisi rəqib qapısından 3 cavabsız top keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə