“Sumqayıt” dövrənin qalibi olub

“Sumqayıt” dövrənin qalibi olub

Topaz Premyer Liqasında 2017/18 mövsümünün III dövrəsinə yekun vurulub. SİA-nın məlumatına görə, 2018-ci ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abasovun komandası hamıdan çox – 15 xal toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb.

“Sumqayıt” qədər – 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub. Dövrənin qalibi kimi uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az – cəmi 2 top buraxıblar. 2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.

Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir.

1

Sumqayıt

7

4

3

0

10 - 5

15

2

Neftçi

7

4

2

1

9 - 6

14

3

Qarabağ

7

3

4

0

6 - 2

13

4

Keşlə

7

2

3

2

9 - 9

9

5

Qəbələ

7

2

3

2

7 - 7

9

6

Səbail

7

1

2

4

5 - 9

5

7

Zirə

7

0

4

3

5 - 9

4

8

Kəpəz

7

1

1

5

3 - 7

4

Bütün xəbərlər Facebook səhifəmizdə