"Neftçi" - "Səbail" matçının biletləri satışda

"Neftçi" - "Səbail" matçının biletləri satışda

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi” - "Səbail” oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, biletlərin qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, aprelin 2-də "Bakcell Arena”da keçiriləcək oyun saat 19:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə