“Qarabağ” həndbol klubu “Gənclər Birliyi”ni məğlub edib

Qadın həndbolçuların Azərbaycan çempionatında 15-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, turun sonuncu oyununda “Gənclər Birliyi” ilə qarşılaşan “Qarabağ” 38:29 hesabı ilə qalib gəlib.

Turun ilk görüşündə “Azərsu” “İdman Akademiyası”nı 24:16, mərkəzi oyunda isə “Nur” “Azəryol”u 29:28 hesabı ilə məğlub edib.

Ölkə çempionatının 16-cı turu martın 30-da Mingəçevirdə start götürəcək. “Kür” Olimpiya İdman Mərkəzinin arenasında yerli “Nur” komandası “Azərsu”nu qəbul edəcək. “İdman Akademiyası”-“Gənclər Birliyi” və “Azəryol”-“Qarabağ” görüşləri isə aprelin ilk gününə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə