Rəqiblərimiz noyabrın 16-da müəyyənləşəcək

Rəqiblərimiz noyabrın 16-da müəyyənləşəcək

17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının püşkatması noyabrın 16-da keçiriləcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtilə saat 12:00-da başlanacaq mərasimdə milli komandamız da yarışacaq. Hazırda komandalar üç səbətə bölünüblər. İlk iki səbətin hərəsindən 1, üçüncü səbətdən isə 2 yığma eyni qrupda yer alacaq. Səbətlərin tərkibi belədir:

A səbəti: Fransa, İspaniya, Norveç, İsveç, İngiltərə, İrlandiya, Danimarka, İsveçrə, Çexiya, Şotlandiya

B səbəti: Finlandiya, Macarıstan, Ukrayna, İtaliya, Belçika, Polşa, Rusiya, Uels, İslandiya, Türkiyə

C səbəti: Serbiya, Makedoniya, Avstriya, Sloveniya, Litva, Farer adaları, Qazaxıstan, Xorvatiya, Belarus, İsrail, Rumıniya, Azərbaycan, Latviya, Yunanıstan, Estoniya, Şimali İrlandiya, Bolqarıstan, Moldova, Gürcüstan, Bosniya və Herseqovina

Bütün xəbərlər Facebook səhifəmizdə