“Qəbələ” səfərə ciddi itkilərlə yollanacaq

“Qəbələ” səfərə ciddi itkilərlə yollanacaq

Topaz Premyer Liqasının XIX turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” səfərə ciddi itkilərlə yollanacaq. SİA-nın məlumatına görə, Stiven Monroz və Ruslan Qurbanov zədə səbəbindən bu matçı kənardan izləyəcək.

“Qəbələ”nin aparıcı müdafiəçisi Vojislav Stankoviç isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Cəzaları bitən Cavid Hüseynovla Qismət Alıyev isə Gəncədə meydana çıxa biləcəklər.

Qeyd edək ki, “Kəpəz” - “Qəbələ” oyunu cümə günü saat 15:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə