Messi 600-cü qolunu vurub!

İspaniya La Liqasının XXVI turu "Barselona"nın lideri Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, "Atletiko" üzərində minimalhesablı qələbənin (1:0) memarı olan argentinalı forvard yubiley qolunu vurub. Yeganə topun müəllifi olan Leo bununla karyerası ərzində 600-cü rəsmi qoluna imza atıb. O, bunun 539-nu "Barselona"da, 61-ni isə Argentina millisində vurub. Messi 600-cü qoluna 747-ci matçında imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə