"Neftçi"nin futbolçusu: "Bu gün əsl xarakter nümayiş etdirdik"

"Neftçi"nin futbolçusu: "Bu gün əsl xarakter nümayiş etdirdik"

"İlk qolu buraxandan sonra həvəsdən düşmədik. Bu gün əsl xarakter nümayiş etdirdik". Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov deyib. Milli komandamızın üzvü Premyer Liqanın XVIII turunda "Qəbələ" üzərində səfər qələbəsini (2:1) dəyərləndirib. O, əvvəllər geridönüş edə bilməmələrinin səbəbindən də söz açıb: "Bilirdik ki, birlikdə mübarizə apardığımız zaman istənilən rəqibi məğlub edəcək gücdəyik. Əvvəlki matçlarda xarakter göstərməkdə çətinlik çəkirdik. İlk qolu buraxdıqdan sonra əllərimizi qaldırır, təslim olurduq. Bu gün isə göstərdik ki, hesabda geridə olarkən də qələbə qazanmaq mümkündü".

"Neftçi"nin bərabərlik qolu zamanı topu rəqib müdafiəçidən "oğurlayan" Mahmudov komanda yoldaşı Mirabdulla Abbasova məhsuldar ötürmə verib. Futbolçu həmin anı belə izah edib: "Vurduğumuz ilk qolda rəqib müdafiəçinin topu auta atmağa hazırlaşdığını gördüm. Topu ondan almağa çalışdım və bunu bacardım. Hücumun da davamı qolla nəticələndi".

Mahmudov fasiləyə hesabda geridə yollanmalarına baxmayaraq, baş məşqçi Tərlan Əhmədovun paltardəyişmə otağındakı tapşırıqlarının onları qələbəyə daşıdığını söyləyib: "Baş məşqçi fasilədə bəzi iradlarını bildirdi. Həmçinin bizi ikinci hissəyə köklədi. İkinci hissədə onun istədiyi kimi oynadığımız üçün qələbə qazandıq".

"İlk qolu buraxandan sonra həvəsdən düşmədik. Bu gün əsl xarakter nümayiş etdirdik". Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

Milli komandamızın üzvü Premyer Liqanın XVIII turunda "Qəbələ" üzərində səfər qələbəsini (2:1) dəyərləndirib. O, əvvəllər geridönüş edə bilməmələrinin səbəbindən də söz açıb: "Bilirdik ki, birlikdə mübarizə apardığımız zaman istənilən rəqibi məğlub edəcək gücdəyik. Əvvəlki matçlarda xarakter göstərməkdə çətinlik çəkirdik. İlk qolu buraxdıqdan sonra əllərimizi qaldırır, təslim olurduq. Bu gün isə göstərdik ki, hesabda geridə olarkən də qələbə qazanmaq mümkündü".

"Neftçi"nin bərabərlik qolu zamanı topu rəqib müdafiəçidən "oğurlayan" Mahmudov komanda yoldaşı Mirabdulla Abbasova məhsuldar ötürmə verib. Futbolçu həmin anı belə izah edib: "Vurduğumuz ilk qolda rəqib müdafiəçinin topu auta atmağa hazırlaşdığını gördüm. Topu ondan almağa çalışdım və bunu bacardım. Hücumun da davamı qolla nəticələndi".

Mahmudov fasiləyə hesabda geridə yollanmalarına baxmayaraq, baş məşqçi Tərlan Əhmədovun paltardəyişmə otağındakı tapşırıqlarının onları qələbəyə daşıdığını söyləyib: "Baş məşqçi fasilədə bəzi iradlarını bildirdi. Həmçinin bizi ikinci hissəyə köklədi. İkinci hissədə onun istədiyi kimi oynadığımız üçün qələbə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə