Xocalı soyqırımı qurbanlarının xatirəsinə respublika şahmat turniri keçirilir

Xocalı soyqırımı qurbanlarının xatirəsinə respublika şahmat turniri keçirilir

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turnirinə başlanılıb. SİA-nın məlumatına görə, turnir Xocalı soyqırımı haqqında gənc şahmatçıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirilmək, dostluq və idman əlaqələrini möhkəmləndirmək məqsədilə keçirilir. Ağcabədi rayonunda keçirilən turnirdə bölgələrdən beş yaş qrupu üzrə 194 şahmatçı mübarizə aparır.

Turnirə fevralın 28-də yekun vurulacaq. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə