AL-də həftənin ən yaxşı futbolçusu kimdir?

AL-də həftənin ən yaxşı futbolçusu kimdir?

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, UEFA-nın saytında keçirilən səsvermədə 49% səs toplayan "Latsio"nun hücumçusu Çiro İmmobile birinci olub. İtalyan hücumçu "Steaua"nın qapısına 3 qol vurması ilə yadda qalmışdı. Fabio Borini ("Milan", 32%), Kevin Qameyro ("Atletiko", 15%) və Ziotr Zelinski ("Napoli", 4%) sonrakı yerlərdə qərarlaşıb.

Ç.İmmobile Avropa Liqasında het-trikə imza atan ilk italiyalı oyunçudur. Turnir UEFA Kuboku adlanan zamanda Luka Toni "Bavariya" - "Aris" matçında qonaqların qapısından 3 top keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə