AMAF-ın texniki direktoru İCF-nin konqresində iştirak edəcək

AMAF-ın texniki direktoru İCF-nin konqresində iştirak edəcək

Oktyabrın 29-da İspaniyanın Santiaqo de Kampostela şəhərində Beynəlxalq Kanoe Federasiyasının (İCF) növbəti Konqresi öz işinə başlayacaq. SİA-nın Azərbaycay Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmi saytından əldə etdiyi məlumata görə, iki gün davam edəcək toplantıda ölkəmizi AMAF texniki direktoru Leyla Əliyeva təmsil edəcək.

Hər iki ildə bir dəfə keçirilən növbəti Konqresdə İCF-in Direktorlar Şurasının hesabatı dinləniləcək, milli federasiyaların təklifləri müzakirə olunacaq. Eyni zamanda, İCF-in yeni vitse-prezidentləri seçiləcək, quruma yeni ölkələr üzv qəbul ediləcək.

Toplantıya İCF-in 156 üzvünün 80-dən çoxu birbaşa, 12-si isə etibarnamə ilə qatılacaqlar. Ümumilikdə, 130-dək nümayəndə İCF-in daha peşəkar və daha gəlirli quruma çevrilməsi yönündə müzakirələr də aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə