Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Turun mərkəzi matçında “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Baş hakim İnqilab Məmmədov idarə etdiyi görüşdə hesab açılmayıb.
Ağdam komandasının üstünlüyü şəraitində keçən görüşün ilk hissəsində “Qarabağ”ın futbolçuları Dani Kintana, Mahir Mədətov, Pedro Enrike yaranmış qol imkanlarından yararlana bilməyiblər. Beləliklə, çempionatın qızıl medalları uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları arasında görüş 0:0 hesabı ilə başa çatıb. Bu görüşdən sonra xallarının sayını 38-ə çatdıran “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ” ilə 6 xallıq fərqi qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB