Birinci Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib. SİA-nın məlumatına görə, paytaxt klubu Seymur Abdullayev, Elmir Namazov və Kənan Məmmədovu sıralarına qatıb.
“Binə”nin öz yetirməsi olan Seymur Abdullayev 2014-2017-ci illərdə "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.
Mövsümün ilk yarısını "Xəzər"in heyətində keçirən 21 yaşlı hücumçu Elmir Namazov 2014-2017-ci illərdə isə "Qarabağ"ın əvəzedici heyətində oynayıb.
Kənan Məmmədov isə mövsümün ilk yarısını "Zaqatala"nın heyətində keçirib. 21 yaşlı yarımmüdafiəçi daha öncə "Mil-Muğan", "Rəvan" və "Qəbələ"nin əvəzedici heyətində top qovub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB