Bakı məktəblisi Avropa çempionu olub

Bakı məktəblisi Avropa çempionu olub

Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o 63 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.

Qeyd edək ki, T.Yaqubov 2017-ci ildə karate idman növü üzrə Azərbaycan çempionu olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə