"Neftçi"nin U-15 komandası yeni ilə qələbə ilə başladı

"Neftçi"nin U-15 komandası yeni ilə qələbə ilə başladı

“Neftçi” PFK-nın U-15 komandası qış fasiləsindən sonra ilk rəsmi oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda U-15 Liqasının 15-ci turunda “Turan”a 1:0 hesabı ilə qalib gəlib. Tovuz şəhər stadionunda keçirilmiş oyunda yeganə qolu Rəvan Nağıyev vurub.

"Neftçi"nin Bakcell U-17 Liqasındakı təmsilçisi də turu qələbə ilə başa vurub. U-17 komandası “Neftçi” İK İB-nin qapısından 7 cavabsız top keçirib. Vüsal Əsgərov dubla imza atıb. Digər qolları İsmayıl Zülfüqarlı, Mehdi Tahirov, İlkin Əbiyev, Nicat Musayev və İbad Məmmədov vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə