Azərbaycanın ən güclü boksçuları müəyyənləşəcək

Azərbaycanın ən güclü boksçuları müəyyənləşəcək

Bu gün Bakıda böyüklər arasında boks üzrə ölkə çempionatına start veriləcək. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib. Bildirilib ki, çempionatda 39 komanda iştirtak edəcək. Yarış Boks Mərkəzində təşkil olunacaq və idmançılar 10 çəki dərəcəsi üzrə mükafatlara sahib olacaqlar.

Respublikanın müxtəlif şəhər və rayonlarının klubları, həmçinin idman cəmiyyətlərini təmsil edən 203 kişi boksçunun qatıldığı yarışın döyüşləri bu gün saat 14:00-da başlanacaq. Qaliblər isə yanvarın 30-da müəyyənləşəcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə