"Neftçi"nin U-17 komandası yeni ilə qələbə ilə başladı

"Neftçi"nin U-17 komandası yeni ilə qələbə ilə başladı

"Neftçi” PFK-nın U-17 komandası qış fasiləsindən sonra ilk rəsmi oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda Bakcell U-17 Liqasının 17-ci turunda "Mil Muğan”a 4:0 hesabı ilə qalib gəlib. Binə qəsəbə stadionunda keçirilmiş oyunda qolları Ruslan Məmmədli, Vüsal Əsgərov, Sadiq Ağazadə və Nicat Musayev vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə