“Neftçi” Tərzin Cahangirovla yollarını ayırıb

“Neftçi” Tərzin Cahangirovla yollarını ayırıb

“Neftçi” yarımmüdafiəçi Tərzin Cahangirovla yolları ayırdığını rəsmən açıqlayıb. Bu barədə klubun saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, futbolçunun “ağ-qaralar”la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Cahangirovun karyerasını hansı klubda davam etdirəcəyi çoxdan dəqiqləşib.

Tərzin “Kəpəz”lə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, Tərzin Cahangirov “Neftçi”yə ötən mövsümün gedişində cəlb olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə