Əfsanəvi qapıçı futboldan getdi

Əfsanəvi qapıçı futboldan getdi

Əfsanəvi qapıçı Viktor Valdes karyerasını bitirdiyini elan edərək, bütün sosial şəbəkə hesablarını bağlayıb. SİA-nın məlumatına görə, İspaniya mətbuatı futbolçunun bu addımı ailəsinə daha çox vaxt ayırmaq üçün atdığını bildirir. 35 yaşlı qapıçı sosial şəbəkə hesabında “Hər şey üçün təşəkkürlər”, yazararaq futbol həyatına nöqtə qoyub. Məşhur futbolçu son “tweet”indən sonra bütün sosial şəbəkələrindəki paylaşımlarını silib. Uzun illər “Barselona”nın formasını geyinən V.Valdes son olaraq "Midlsbro" klubunun şərəfini qoruyub.

Xatırladaq ki, V.Valdes 2015-ci ildə reportajların birində “İşıqlar sönəndə tamamilə getmiş olacağam”, deyə bildirmişdi. Onun paylaşımlarını silməsi hamının ağlına bu sözlərini gətirir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə